...

Xətaidə məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada baş verən yanğın söndürülüb (YENİLƏNİB-2)

Hadisə Materials 3 Yanvar 2019 04:34 (UTC +04:00)
Xətai rayonunda yanğın qeydə alınıb
Xətaidə məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binada baş verən yanğın söndürülüb (YENİLƏNİB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 02:16-da yayılıb)

Bakı. Trend:

Xətai rayonunda baş verən yanğın söndürülüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında yerləşən ikimərtəbəli binada yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

XXX

02:36

Xətai rayonunda yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Xətai rayonunda Nobel prospekti 86 ünvanında məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın (taxta konstruksiyalardan ibarət) bir hissəsinin dam örtüyü yanıb.

Yanğın saat 01:53-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur). Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunub.

İlkin məlumata əsasən, yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.

XXX

02:16

Xətai rayonunda yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda Nobel prospektində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupu çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti