...

Gürcüstandan gələn avtomobildə qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb

Hadisə Materials 18 Oktyabr 2019 14:50 (UTC +04:00)
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Mondeo" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib.
Gürcüstandan gələn avtomobildə qanunsuz yolla gətirilən pirotexniki vasitələr aşkarlanıb

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Mondeo" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılaraq şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Avtomobilə gömrük baxışı zamanı minik maşınının arxa oturacağı ilə yük yerinin arasında gizlədilən 120 ədəd yaşıl rəngli "Roman Candle", 44 ədəd bənövşəyi rəngli "Roman Candle", 360 ədəd "Red Stars with Report", 108 ədəd "Magical Candle 60 Ball" və 36 ədəd "Thunder King" yazısı olan pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti