...

Yasamalda çoxmərtəbəli binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub (YENİLƏNİB)

Hadisə Materials 19 Dekabr 2023 10:20 (UTC +04:00)
Yasamalda çoxmərtəbəli binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, onaltımərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərməyən və təmirsiz qeyri-yaşayış obyektində baş vermiş yanğının binanın digər mərtəbələrinə keçmə riski yüksəkdir.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində zirzəmidə yerləşən ümumi sahəsi 4m2 olan gözətçi otağının yanar konstruksiyaları və ümumi sahəsi 120m2 olan obyektdə müxtəlif tullantılar yanıb.

Obyekt və mənzillər yanğından mühafizə olunub, xəsarət alan olmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində sakinlərin təxliyəsi həyata keçirilib.

XXX
09.11

Paytaxtın Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən binada yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıb.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ərazidə polis əməkdaşları təhlükəsizlik tədbirləri görür.

xxx

09:11

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Trend xəbər verir ki, hadisə paytaxtın Yeni Yasamalda Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.

Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti