Bakı. Trend:
Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə qəsəbə ərazisində yerləşən "Antalya" kafesində baş verib.
Belə ki, Həbib Qaçayev yaranmış mübahisə zamanı Şirxan Hüseynova masanın üzərindən götürdüyü bıçaqla xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başanıb, H.Qaçayev şübhəli şəxs qismində tutulub.