...

Buşun Qüds və Ramallah danışıqları ABŞ "Respublikaçıları"na seçkiqabağı dəstəkdir - fələstinli ekspert

Siyasət Materials 10 Yanvar 2008 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 yanvar / "Trend , müxbir R.Hafizoğlu/ "Prezident Corc Buşun Ramallaha səfəri Fələstin-İsrail sülh danışıqlarına deyil, ABŞ-ın "Respublikaçılar" partiyasının siyasi nüfuzunun gücləndirilməsinə xidmət edir", deyə cümə axşamı politoloq Nasir Ləhham Trend ə telefonla Fələstindən bildirib.

Yanvarın 9-dan ABŞ prezidenti Buş Yaxın Şərq ölkələrinə rəsmi səfərdədədir. Bu gün Buş Fələstin prezidenti Mahmud Abbas ilə Ramallahda danışıqlar aparıb.

Fələstinin "Məan" informasiya agentliyinin direktoru Nasir deyir ki, sadə fələstinli və israillilər Buşun regiona səfərini sülh danışıqlarına dəstək kimi qiymətləndirirlər. "İsrail və Fələstin rəsmiləri isə Buşun Ramallah səfərinin Amerikada keçiriləcək prezident seçkilərində "Respublikaçılar" partiyasına dəstək kampaniyası daşıdığını və dünyada ABŞ haqqında formalaşmış işğalçı siyasət aparan dövlət fikrinin aradan qaldırılmasına xidmət etdiyini yaxşı bilir. Buna görə də Yaxın Şərq səfərinin Fələstin-İsrail sülh danışıqlarına təsir etməsinə ümidsiz yanaşırıq" deyə ekspert bildirib.

Ləhhamın fikrincə, Buşun regiona səfəri əsnasında İsraildə və Fələstində keçirilən etiraz nümayişləri ABŞ prezidentinin regionda arzu olunmadığını bir daha göstərir.

Xəbər lenti

Xəbər lenti