...

Azərbaycanın müxalifət lideri siyasətdən gedir

Siyasət Materials 20 May 2008 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalif Vətənədaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkli Sabir Rüstəmxanlı partiya rəhbərliyrindən getməyə və yerini gəncələrə verməyə hazır olduğunu bəyan edib. "Siyasətdən gedib - getməməyimi prezident seçkisindən sonra nəzərdən keçirəcəyəm və yəqin ki, növbəti parlament seçkilərinə qədər bu məsələ reallaşacaq" - Rüstəmxanlı çərşənbə axşamı Trend -a bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Mayın 20-də Rüstəmxanlının 62 yaşı tamam olur. O, 1988-ci ildə Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatının ilk təşkilatçılarından və liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1990-cı ildə AXC-dən Milli Məclisə deputat seçilib. 1991-95-ci ilərdə mətbuat və informasiya naziri vəzifəsində çalışıb. 1992-ci ildə VHP-ni yaradıb və bu günədək partiyanın sədridir. 2003-cü il prezident seçkisində namizəd olub.

Rüstəmxanlı deyib ki, onun yaşı seçkidən getməsi üçün əsas ola bilməz. "Adam var ki, 70 yaşında siyasətə gəlir. Ancaq bizim əsas vəzifəmiz yerimizə gəlməyə layiq olan gənclərin yetişdirilməsi, onlara imkan yaradılmasıdır " - deyə o bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti