...

Ermənistanda insanlar nəsilliklə ölkəni tərk edirlər

Siyasət Materials 7 Mart 2011 11:19 (UTC +04:00)
Bu gün insanlar ailəliklə, nəsilliklə, hətta bütünlükdə yaşadıqları kəndlərin əhalisi ilə birlikdə Ermənistanı tərk edirlər.
Ermənistanda insanlar nəsilliklə ölkəni tərk edirlər

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir T.Hacıyev/

Bu gün insanlar ailəliklə, nəsilliklə, hətta bütünlükdə yaşadıqları kəndlərin əhalisi ilə birlikdə Ermənistanı tərk edirlər. "Zvartnots" hava limanında bu cür səhnələri tez-tez görmək mümkündür, hətta onların daşıdıqları yüklərə baxdıqda belə təəssürat yaranır ki, onlar yaxın zamanlarda geriyə qayıtmamaq şərtilə Ermənistandan qaçırlar. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" informasiya portalı "Çorrord Inknishkhanutyun" qəzetinə istinadən xəbər yayıb.

Ermənistanda bu günlərdə viza almaq üçün ödənişin qiyməti artıb. Əgər daha öncə ABŞ-a saxta şengen vizası əldə etməyin qiyməti 3000 ABŞ dolları idisə, indi bu qiymət 5000 avroya qalxıb.

Qəzetin məlumatına görə, Ermənistan milli təhlükəsizlik xidmətinin müvafiq bölmələri də bu işə cəlb olunub. Məhz həmin idarənin əməkdaşları bu qeyri-qanuni pul dövriyyəsində qiymətlərin minimum və maksimum həddini müəyyənləşdirirlər.

Xəbər lenti

Xəbər lenti