...

Mübariz Əhmədoğlu: Əgər Ermənistan həqiqətən Rusiyaya bağlanmaq istəyirsə, indiki halda Mehri dəmiryolunun fəaliyyətinə imkan yaratmalıdır

Siyasət Materials 6 Fevral 2014 12:56 (UTC +04:00)
Rusiya Ermənistanın Gömrük İttifaqına (Gİ) üzv olması ilə bağlı prosesləri sürətləndirməsindən vəcdə gəlib.
Mübariz Əhmədoğlu: Əgər Ermənistan həqiqətən Rusiyaya bağlanmaq istəyirsə, indiki halda Mehri dəmiryolunun fəaliyyətinə imkan yaratmalıdır

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Mehdiyev/

Rusiya Ermənistanın Gömrük İttifaqına (Gİ) üzv olması ilə bağlı prosesləri sürətləndirməsindən vəcdə gəlib. Ehtimal ki, bu, erməni hiyləsidir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, ermənilər özlərindən güclü dövlət onları işğal etmək üçün ordu göndərdikdə həmin ordunu duz-çörəklə qarşılayıblar: "Bir müddət sonra bu ordunun və dövlətin arxasında şayiələr yayıblar. Gİ-yə üzvlüyü sürətləndirməkdə Ermənistanın bir məqsədi bəlli oldu. Bu, Vorotan SES-i ABŞ-a satmaqdır. Ermənistan Rusiyaya doğru sürətlə addımlaya-addımlaya həm də antirusiya addım reallaşdırdı. Ermənistanın Gİ-yə doğru addımlarının sürətlənməsində ən əsas məqsədi Dağlıq Qarabağ tənzimlənməsindən diqqəti yayındırmaqdır. Ermənistan əgər həqiqətən Rusiyaya bağlanmaq istəyirsə indiki halda o, Mehri dəmiryolunun fəaliyyətinə imkan yaratmalıdır".

M.Əhmədoğlu qeyd edib ki, Mehri dəmiryolunun fəaliyyətə başlaması isə yalnız Ermənistandan asılıdır: "Yalnız Ermənistan heç kimdən asılı olmadan Azərbaycanın işğal olunmuş rayonlarını boşalda bilər. Bu isə Dağlıq Qarabağ tənzimlənməsinin praktik başlanğıcı deməkdir. Ermənistanla Rusiya arasında digər dəmiryolu Gürcüstan vasitəsilə qurula bilər. Gürcüstan dəmiryolunun fəaliyyətə başlaması isə Gürcüstan, Abxaziya, Rusiya və İrandan asılıdır. Eləcə də Abxaziyanın davranışları Rusiya-Türkiyə münasibətlərini də gəriginləşdirəcək. Gürcüstan yolu açmaq üçün Abxaziyanın qarşısında Gürcüstanın tərkibinə qayıtmaq şərti qoyur. Abxaziya isə Gürcüstandan yerinəyetirilməz şərt tələb edir: Abxaziyanın müstəqilliyini tanımaq".

Politoloqun sözlərinə görə, reallaşması siyasi baxımdan mümkün olmayan gürcü-abxaz dəmiryolunun bərpasının iqtisadi tərəfləri də mübahisəlidir.

M.Əhmədoğlu qeyd edib ki, Abxaziya indi Rusiya bazarında sitrus və digər məhsullarla bağlı monopoliya yaradıb: "Ermənistan və Gürcüstanın Rusiya ilə dəmiryolu əlaqəsi abxaz məhsullarına rəqabət yaradacaq. Abxaziya özü öz məhsullarına Rusiya bazarında rəqabətin yaradılmasında iştirak edə bilməz. Gürcü-abxaz dəmiryolunun iqtisadi rentabelliyi həm də İranla birbaşa əlaqəlidir. İranla Ermənistan arasında dəmiryolu əlaqəsi qurulduqdan sonra bu dəmiryolundakı yük dövriyyəsinin İrandan Ermənistana qədər və ya İrandan Rusiyaya qədər olacaq miqdarları heç kimə bəlli deyil. Bu hədsiz çox mübahisəli məsələdir".

Politoloq vurğulayıb ki, Rusiya ilə İran arasında elə də böyük mal dövriyyəsi yoxdur.

Onun sözlərinə görə, Rusiya ilə İran arasında alternativ kommunikasiyalar var: "Rusiyanın ərəb sahillərinə çıxması üçün də işlək alternativlər var. Ermənistanın metallurgiya sahəsi inkişaf edəcəksə, İran-Ermənistan dəmiryolu Ermənistandan Rusiyayadək olan dəmiryolunun yük dövriyyəsini azaldacaqdır. Eləcə də gürcü-abxaz dəmiryolunun açılmasının Abxaziya üçün hərbi-siyasi təsiri də nəzərə alınmalıdır. Abxazların fikrincə, Gürcüstandan Abxaziyaya gələn qatarlar nə zamansa gürcü hərbçilərini də daşıyacaq".

M.Əhmədoğlu qeyd edib ki, gürcü-abxaz dəmiryolunun və ya Ermənistanın Gürcüstan ərazisi ilə Rusiya üçün dəmiryolun əlaqəsi üçün 10-a yaxın iqtisadi, hərbi-siyasi, geosiyasi və texniki problem həllini tapmalıdır: "Ən azı 4 dövlətin və 1 tərəfin razılığı əldə olunmalıdır. Mehri dəmiryolunun fəaliyyətə başlaması üçün isə Ermənistanın beynəlxalq hüquqa zidd ambisiyasından geri çəkilməsi lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti