Vüqar Rəhimzadə: Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir

Vüqar Rəhimzadə: Ermənistanı silahlandırıb onun işğalçılıq siyasətinə vasitəçi olmağın özü böyük cinayətdir

Bakı. Trend:

Ermənistan yeni humanitar atəşkəsi də kobud şəkildə pozdu. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan oktyabrın 18-dən müvəqqəti humanitar atəşkəsə razılıq verdilər. Lakin yağı düşmən bu dəfə də riyakarlıq edərək atəşkəsin ilk anından Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutdu. Ermənistan hakimiyyəti bununla növbəti dəfə açıq-aşkar sülh danışıqlarının davam etdirilməsində maraqlı olmadığını təsdiqləmiş oldu. Dövlətimizin başçısı İlham Əliyev xarici ölkələrin televiziya kanallarına müsahibələrində, həmçinin xalqa müraciətlərində daim bu faktı diqqətə çatdırır ki, hakimiyyətə zor gücünə gələn N.Paşinyan ilk gündən danışıqların formatının dəyişdirilməsinə, qondarma «Dağlıq Qarabağ respublikası»nı tərəf kimi danışıqlar prosesinə cəlb etməyə səy göstərməklə, həmçinin «Qarabağ Ermənistandır» bəyanatını səsləndirməklə, işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasətini həyata keçirməklə danışıqlar prosesində maraqlı olmadığını nümayiş etdirib.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev BMT tribunasından Ermənistanın yeni ərazilər uğrunda müharibə planı hazırladığını bəyan edir, amma dünya Ermənistanın bu cinayət əməllərinə seyrçi mövqedə dayanır: «Bax, bu cür ikili standartlara əsaslanan yanaşmalar Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Azərbaycan Ordusu dünya birliyinin, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 ilə yaxın müddətdə “gözlə-gözlə” deməklə Ermənistana vaxt qazandırmaq üçün atdıqları addımlara döyüş meydanında cavab verdi. Hər gün cəbhə bölgələrindən gələn qələbə xəbərləri Ermənistanı və onun havadarlarını məyus etməyə bilməz. Azərbaycan işğalçıya, eyni zamanda, dünya dövlətlərinə döyüş meydanında gücünü, malik olduğu imkanları göstərir. Oktyabrın 19-da dövlətimizin başçısı İlham Əliyev özünün rəsmi “Twitter” hesabında növbəti qələbə xəbərini- Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan azad edildiyini paylaşdı. Qarabağ Azərbaycandır!

Baş redaktor bildirib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 9-10-da Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozaraq bu razılaşmadan heç bir gün keçməmiş cəbhə bolgəsindən xeyli uzaqda yerləşən Gəncəni raket atəşinə tutaraq soyqırımı aktı törətdi, dünya susdu. Oktyabrın 18-də növbəti humanitar razılaşma əldə edildi, dərhal Ermənistan razılaşmanı kobud şəkildə pozdu, dünya yenə də susur:

"Bu susmalar həmin dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara hansı dividendi gətirə biləcəyi sual doğurur. Kasıb, iqtisadi tənəzzül içərisində çabalayan Ermənistanın bu şəkildə silahlanmaya maddi imkanı yol verə bilməz. Sentyabrın 27-dən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulduğunu qeyd edən dövlətimizin başçısı xalqa müraciətində bildirmişdir ki, təqdim edilən siyahı natamamdır, düşmənin daha böyük həcmdə texnikası məhv edilib, döyüş zamanı bunun dəqiq hesablaması mümkün deyil. Azərbaycan döyüş meydanında tam üstünlük əldə edərək Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxarıb. Ancaq sual olunur: Bu qədər silah, bu qədər texnika Ermənistanda haradandır? Statistikaya müraciət edək. Ermənistanın hərbi, ümumilikdə dövlət büdcəsi bəllidir. Ermənistan bankrot ölkədir. Bu ölkənin xarici dövlət borcu ölkənin ümumi daxili məhsulunun 60-70 faizini təşkil edir. Ermənistanın sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır. Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti 2 milyard dollar səviyyəsindədir. Amma həm işğal edilmiş torpaqlarımızda, həm də Ermənistanda onların texnikası qalıb. Dünya bu sual ətrafında düşünməlidir ki, bu silahlar kim tərəfindən işğalçıya hədiyyə edilir?".

V.Rəhimzadə bu məqama diqqəti yönəldib ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistanın silahlandırılmasını görməzdən gəlir, amma bəzi hallarda silah alınması ilə bağlı ölkəmizə qarşı əsassız iradlar irəli sürülür: «Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları göz önündədir. Ermənistandan fərqli olaraq Azərbaycan dünyada iqtsadi möcüzələr ölkəsi kimi tanınır və nüfuz qazanır. Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Müharibə şəraitində yaşayan, ən əsası torpaqları işğal altında olan dövlətin hərbi büdcəsini artırması, ordusunun maddi-texniki bazasını möhkəmləndirməsi onun suveren hüququdur. İşğalçı dövləti silahlandırıb işğala məruz qalan dövlətin ərazisində döyüşməsinə, həmçinin mülki əhalini atəşə tutmasına vasitəçi olmaq isə özü beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, böyük cinayətdir. Budur, dünyanın ikili siyasətinin əyani sübutu".

Baş redaktor bildirib ki, bu gün dünyaya bu çağırış olunur: İşğalçıya maddi və mənəvi dəstəyi göstərməklə, silahlandırmaqla onun cinayət əməllərinə şərik olmaq heç bir dövlətə, beynəlxalq təşkilata başucalığı gətirməz. Silahlandırmaya, baş verən terror aktlarına, insanlığa qarşı cinayətə göz yummamaqla cinayətkarı ədalətə sövq etmək olar. Azərbaycan dövləti döyüş meydanında üstünlüklərə malik olsa da hər zaman sülh danışıqlarının tərəfdarı olduğunu bildirir. Ermənistanın danışıqlar masası ətrafında oturması üçün onun «başına sığal çəkilməsinə» son qoymağa böyük ehtiyac var. Diplomatik müstəvidə, döyüş meydanında qələbə qazanan Azərbaycan zəfərləri ilə tarixini daha da zənginləşdirir, bu reallığı Ermənistana və onun havadarlarına bir daha sübut edir- Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
İranda daha 90 nəfər koronavirusdan ölüb
İranda daha 90 nəfər koronavirusdan ölüb
Almaniyanın yeni kansleri seçilib
Almaniyanın yeni kansleri seçilib
Loading Bars
Xəbər lenti
Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaların sayı açıqlanıb
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda tunellərin inşasına başlanılıb (FOTO)
İlkin tanışlıq Ermənistanın verdiyi mina xəritələrinin qeyri-dəqiq olması təəssüratını yaradır - ANAMA rəhbəri
Təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb (FOTO)
Türkiyə parlamentində dava: Deputatlar yumruqlaşdı (VİDEO)
Mobil Notarial tətbiqi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir - İdarə rəisi
Azyaşlıların narkotik istifadəsinə səbəb valideyn nəzarətsizliyidir - Orxan Cəfərov
Oğuzda koronavirus xəstəsi mağazada saxlanıldı (VİDEO)
40-dan çox dövlət informasiya resursu Ədliyyə Nazirliyinin elektron rəqəmsal sistemlərinə inteqrasiya edib
"Yeni Klinika"nın sabiq direktoru məhkəmədən bəraət istədi
Azərbaycanın enerji sahəsindəki fəaliyyətləri alqışalayiqdir - İranlı nazir
Narkotik istifadəçiləri necə müəyyən edilir? - AÇIQLAMA
General-polkovnik Kərim Vəliyev Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb (FOTO/VİDEO)
Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı
Rusiya ilə Ukrayna arasında istənilən formatda vasitəçilik edə bilərik - Ərdoğan
Bakıda mənzildən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb (FOTO/VİDEO)
Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
İranda daha 90 nəfər koronavirusdan ölüb
Mərkəzi Bankı rəqəmsal ödəniş strategiyasının əsas istiqamətlərini açıqladı
Əsas hədəfimiz "Google" istifadəçilərinin ödəniş imkanlarını asanlaşdırmaqdır - Can Avunduk
Marketlərdə də “BakıKartın” balansını artırmaq mümkün olacaq
Şəmkirdə saxta əlilik arayışları verənlərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Mərkəzi Bank rəqəmsal valyuta ilə bağlı sənəd üzərində işləyir
Bakıda 5-ci mərtəbədən yıxılan şəxs sağ qalıb
Nağdsız ödənişlər pandemiya dövründə 40 faiz artıb - "Azericard"
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir sıra görüşlər keçirib (FOTO)
Azərbaycan və İran Astaraçay üzərində körpü və piyada keçidinin tikintisi ilə bağlı müzakirə aparıblar
Bu günə qədər 150-dən artıq qazi Türkiyəyə müalicəyə göndərilib
"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib
Rayonlarda avtobuslar kartla ödənişə keçə bilər
Almaniyanın yeni kansleri seçilib
PAŞA Bank Ani Ödənişlər Sisteminə qoşulub
1300-dək şəhid ailə üzvü və qazi "Məşğulluq marafonu" çərçivəsində işlə təmin edilib
Zaur Əliyev Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə göstərilən tibbi xidmətlərin statistikasını açıqlayıb
Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib
Hazırda "YAŞAT" Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var - Elvin Hüseynov
"MasterCard" Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələr reallaşdırır
Azərbaycan Karyera İnkişaf Forumu başlayıb (FOTO)
Azad edilmiş ərazilərdə "Şuşa", "Yaşma", "Zəfər" buğda sortlarının əkini aparılıb - Trend TV-nin Tərtərdən reportajı
Bacarıqlı işçi qüvvəsinin yetişdirilməsi üçün yeni proqramlar hazırlanır - Nazir
Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
Sabahın hava proqnozu açıqlanıb
Fuad Muradov "YAŞAT" marafonundan danışıb
Bu rayonlara qar yağacaq - Xəbərdarlıq
Azad olunmuş ərazilərdə bərpa işləri görüldükcə məşğulluq təmin olunacaq - Sahil Babayev
2026-cı ilədək ÜDM-də özəl sektorun payının 88 faizə çatdırılması nəzərdə tutulub - Elnur Əliyev
Azərbaycanda rəqəmsal manatın yaradılması üzrə təqdiqatlar aparılır
Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun fərdi sərgisi açılacaq
Bu il 20 min şəhid ailəsinə ödəniş təyin edilib
Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub
Hindistanda baş qərargah rəisinin olduğu helikopter qəzaya uğrayıb - Ölənlər var
Azərbaycan vətəndaşları üçün hansı turizm istiqamətləri açıqdır? - FOTO
"YAŞAT" Fondu əlilliyin təyinatı gözlənilmədən qazilərə yardım göstərir - Ülvi Mehdiyev (FOTO)
Növbəti beş il ərzində Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulub - Mərkəzi Bank (FOTO)
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
40 şəhid ailəsi üzvü, 15 qazi "ASAN xidmət"də işlə təmin olunub
"YAŞAT" Fondu bir il ərzində fəaliyyət istiqamətləri üzrə 50 milyon manata yaxın vəsait xərcləyib
Gələn il Azərbaycan Ermənistana qarşı ətraf mühitə vurulmuş ziyan və enerji resurslarından qanunsuz istifadə ilə bağlı şikayət verəcək - XİN
Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı 73 faiz icra edilib - Vüsal Qasımlı
Minaların təmizlənməsi üçün idxal edilən mallar 5 il müddətinə vergidən azad olunur
Azyaşlını zorlamaqda ittiham olunan şəxsə 14 il cəza verildi
Azərbaycanda “Dövlət borcu haqqında” qanun dəyişdirilir
Azərbaycanla Rusiya arasında kruiz əlaqəsinin açılması böyük potensiala malikdir - İqor Babuşkin
Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməsi üçün tədbirlər görüləcəyinə inanırıq - Ombudsman
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatətini rədd edib - Elnur Məmmədov
Peşə məktəblərinə qəbul üçün ərizə verənlərin sayı 30 faiz artıb - Nazir
Azərbaycan nefti üç dollardan çox bahalaşıb
Fərid Mansurova yeni vəzifə verilib
2025-ci ilədək nağdsız ödənişlərin payı 25 faiz olacaq - Zakir Nuriyev
Ermənistana açıq şəkildə çağırış etdik ki, qərarlara riayət etsin və qarşıdurmaların qarşısını alsın - Elnur Məmmədov
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə edib
Sahibkarlar ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər
Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında memorandum imzalanıb
Elnur Məmmədov Ermənistanın saxlanılanlara bağlı iddialarını şərh edib
KOBİA kiçik və orta sahibkarların alternativ kreditləşmə mənbələrinin yaradılmasını planlaşdırır - Orxan Məmmədov
Azərbaycanda kiçik və orta sahibkarlığın nağdsız həllərə çıxış imkanları var - Orxan Məmmədov
İcmal büdcənin gəlirləri və xərcləri dəqiqləşdirilir
Gənclərin inkişafı ilə bağlı bir neçə layihə üzərində çalışırıq - Fərid Qayıbov
Azərbaycan təcavüzü həyata keçirən və təcavüzə məruz qalana eyni münasibətin göstərilməsindən əziyyət çəkib - Elnur Məmmədov
Təhsil naziri dərs yükündən danışıb
2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi internetlə təmin olunacaq – Nazir müavini
Xarici işlər nazirinin müavini Elnur Məmmədov brifinq keçirib (FOTO/VİDEO)
Azad edilmiş ərazilər məşğulluq üçün geniş potensial yaradır - Nazir
Nigeriyada yük avtomobili məktəblilərin üzərinə hərəkət edib - 17 ölü
Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb - Mərkəzi Bank (FOTO)
Əmək bazarına ilk dəfə daxil olanlar ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar - Sahil Babayev
Son 4 ildə əmək müqavilələrinin sayı 30 faiz artıb - Nazir
Mərkəzi Gömrük Hospitalında rezidentlərin kuratorlarla görüşü keçirilib (FOTO)
Həştərxan və Azərbaycan iş mərkəzləri arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)
Azərbaycanda tarixçi alim vəfat edib
Bakıda koronavirusa yoluxan hamilə qadın və körpəsi xilas edilib
Gözdən əlillərə ev vermək adı ilə 6 milyon manatlıq dələduzluq edən şəxsin məhkəməsi başlayır
Yol polisi sürücüləri yollarda diqqətli olmağa çağırdı
Koronavirus xəstəsi küçədə saxlanılıb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA
XİN Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Dünyada COVID-19-dan ölüm halları artıb
Balakəndə narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücülər saxlanılıb (FOTO/VİDEO)
Bütün xəbərlər