...

Bakıda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (ƏLAVƏ EDİLİB)

Siyasət Materials 7 Noyabr 2024 17:11 (UTC +04:00)
Bakıda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (ƏLAVƏ EDİLİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakıda Zəfər Gününə həsr olunmuş tədbir keçirilir.

Trend xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mərkəzi Aparat işçiləri, Milli Məclisin bir sıra deputatları, "91-lər" (91 tanınmış ziyalı), Veteranlar Şurasının nümayəndələri iştirak edirlər.

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Böyük Qayıdış Proqramı çərçivəsində ərazilərin minalardan təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, iqtisadi fəaliyyətin bərpası və digər istiqamətlərdə atılan addımlar dayanıqlı məskunlaşmanın, o cümlədən müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaratmaqla bərabər, sosialyönümlü iqtisadiyyatın inkişafı baxımından da əhəmiyyətlidir.

O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun potensialından istifadə olunması nəinki həmin bölgələrin yüksəlişi, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm perspektivlər yaradır:

"Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra yeni mərhələdə olduqca vacib siyasi, sosial-iqtisadi və mədəni-humanitar çağırışlar meydana çıxıb.

Bunlardan biri də Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri olan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilmiş və hazırda müvəffəqiyyətlə icra olunmaqdadır.

Nəhayət, dövrümüzün aktual çağırışlarından biri kimi işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyası əsasında ekoloji təmiz texnologiyaların tətbiqi “yaşıl iqtisadiyyata” keçid, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə çərçivəsində “yaşıl dünya” naminə təşəbbüslərin reallaşdırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün son dərəcə əhəmiyyətlidir".

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan bu zəfəri ilə ədalətsizliyə və haqsızlığa qarşı mübarizə aparmağın həm yolunu göstərdi, həm də möhtəşəm nümunəsini beynəlxalq aləmə təqdim etdi.

O bildirib ki, dörd il bundan əvvəl münaqişə zəminində münasibətləri həyata keçirən iki ölkə arasında indi sülh gündəliyi qərarlaşıb:

"İndi iki ölkə arasında əməkdaşlıq və kommunikasiyalar haqqında söhbət aparılır. Hesab edirəm ki, bu, Azərbaycanın regionun təhlükəsizliyi, regionda sülhün bərqərar olmasına verdiyi böyük töhfə hesab oluna bilər.

Amma Azərbaycanın əldə etdiyi bu möhtəşəm zəfərin həm də böyük beynəlxalq əhəmiyyəti var. Azərbaycan bu zəfəri ilə dünyada uzun sürən münaqişələrindən birinə son qoydu. Beləlikə, beynəlxalq sülhə və əməkdaşlığa özünün əhəmiyyətli töhfəsini verə bildi".

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib ki, dörd il öncə Azərbaycan qazandığı zəfər ilə sadəcə ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda bütün dünyaya öz gücünü ən aydın şəkildə sübut etdi və nümayiş etdirdi.

"Bunun nəticəsi idi ki, Azərbaycan bu gün dünyada bir sıra vacib, qlobal mövzularda sadəcə iştirakçı yox, eyni zamanda təşkilatçı və qərarverici roldan çıxış edir.

Təsadüfi deyil ki, bunun nəticəsidir ki, Azərbaycan son illərdə bir sıra vacib beynəlxalq təşkilatlarda, beynəlxalq konfranslarda ev sahibliyi rolundan çıxış edir. Qarşıdan gələn günlərdə ölkəmizdə təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi Konfransı da bunun bir nümunəsidir.

Bu gün Qarabağ yenidən qurulur, yenidən tikilir. İşğaldan azad olunmuş əzəli torpaqlarımız öz əsl sahiblərinə qaytarılır. Tarixi zəfərimizlə başlayan bu proses əslində dünyaya bir daha Azərbaycanın bu gücünün sadəcə ordu gücü yox, eyni zamanda mədəni intellektual gücü olduğunu sərgilədi və sərgiləməkdə davam edir", - deyə B.İslamov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti