Bakı. Trend:
Bakı və Abşeron yarımadasında 8-10 noyabrda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Trend-ə Milli Hidromteorologiya Xidməti məlumat verib.
Qeyd edilib ki, Bakı və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 5-8, gündüz 13-16 dərəcə isti olacaq.
Noyabrın 9-da arabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi ərazilərində leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq.
Noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-11, gündüz 12-16 dərəcə isti olacaq.