...

COP29 tədbiri çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar: Kosmik Liderlərin Sammiti” keçiriləcək

Telekommunikasiya Materials 7 Noyabr 2024 14:41 (UTC +04:00)
COP29 tədbiri çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar: Kosmik Liderlərin Sammiti” keçiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 tədbiri çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi - Azərkosmos “İqlim dəyişikliyi ilə mübarizədə kosmik çağırışlar: Kosmik Liderlərin Sammiti”ni keçirəcək.

Bu barədə Trend-ə agentlikdən bildirilib.

Məlumata görə, sammit COP29 tədbirinin 16 noyabr – Elm, Texnologiya və İnnovasiya Günündə saat 10:45-dən 12:45-ə kimi Mavi Zona S3/Hirkan konfrans otağında keçiriləcək.

İştirakçılar arasında 20 qlobal kosmik agentliklərin rəhbər heyəti, beynəlxalq təşkilatlar: Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), Beynəlxalq Astronavtika Federasiyası, Millətlər Birliyi (Commonwealth of Nations), o cümlədən özəl sektorun rəhbər və işçi heyəti yer alacaq.

Kosmik Agentliklərin zirvə toplantısı hesab olunan bu Sammitin konseptual mahiyyəti qlobal və inkişaf etməkdə olan kosmik agentliklər arasında kosmik texnologiyanın imkanlarından istifadə etməklə iqlim dəyişiklikliyinə töhfə verilməsi üçün təşviqat aparmaq və Sammit çərçivəsində birgə addımları formalaşdırmaqdır. Sammitin nəticəsi olaraq 20 qlobal kosmik agentliyin “Kosmosa əsaslanan iqlim təşəbbüslərinin genişləndirilməsinə dair Vəd” sənədi (Pledge) imzalanacaq. Bakı COP29 tədbirində imzalanacaq vəd sənədi COP28 tədbirində kosmik agentlilərin görüşündə qəbul edilmiş öhdəlik sənədinin bir növ davamı və növbəti COP tədbirləri üçün qlobal əməkdaşlığı, ölkələrin təcrübə mübadiləsini, iqlim dəyişikliyinin mənfi nəticələrini vaxtında və effektiv şəkildə yumşaltmağın həlledici yollarını ortaya qoyan bir sənəd olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti