...

Azərbaycanda bank kreditlərinin fazilərinin aşağı salınması təklif edilib

İqtisadiyyat Materials 7 Noyabr 2024 12:27 (UTC +04:00)
Azərbaycanda bank kreditlərinin fazilərinin aşağı salınması təklif edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bank kreditlərinin faziləri aşağı salınsın.

Trend xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bank kreditləri kiçik və orta sahibkarlıqla məşğul olmağa imkan vermir.

“Çünki kreditlərin faizi buna imkan vermir. Kreditlərin faizləri aşağı salınsın və müddəti uzadılsın ki, insanlar sahibkarlıqla məşğul olsun. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə 207 bank fəaliyyət göstərirdi, indi Mərkəzi Bankdan başqa 22 bank işləyir. Yeni bankların açılması, o cümlədən regional, xarici ölkələrlə birgə bankların açılması vacibdir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti