Bakı. Trend:
Kubada ikinci dəfə bütün ölkə üzrə elektrik enerjisinin verilişi tamamilə kəsilib.
Trend xəbər verir ki, buna səbəb güclü “Rafael” qasırğasıdır.
Qasırğa təxminən 2 saat boyunca adada şiddətini göstərib, sonra isə Meksika körfəzinə doğru hərəkət edib.
Bildirilib ki, meteoroloqlar həyati təhlükə yaradan qasırğa dalğaları və daşqınlar səbəbindən Kuba ərazisindəki 15 vilayətdən doqquzunda, o cümlədən Havanada qasırğa xəbərdarlığı elan edib.
Qeyd edək ki, oktyabrın 17-də Kubanın Matanzas şəhərindəki istilik elektrik stansiyasında (İES) baş vermiş qəza səbəbindən ölkənin milli enerji sistemi tamamilə çökmüşdü.