...

Kanadada “TikTok”un fəaliyyət göstərməsi qadağan edildi

Dünya xəbərləri Materials 7 Noyabr 2024 13:22 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Kanada federal hökuməti milli təhlükəsizlik narahatlıqlarına görə “TikTok”un ölkədəki fəaliyyətini dayandırmasını tələb edib.

Trend xəbər verir ki, bu barədə Kanadanın İnnovasiya, Elm və İqtisadi İnkişaf naziri açıqlama verib.

“Torontodakı və Vankuverdəki “TikTok” ofislərinin bağlanması qərarının milli təhlükəsizlik araşdırmaları zamanı toplanmış məlumat və sübutlara əsaslanır”, - o bildirib.

O, "TikTok”un Kanadadakı fəaliyyətinin milli təhlükəsizliyə zərər verə biləcəyi qənaətinə gəldiklərini və hökumətin təhlükəsizlik tədbirlərinin ictimaiyyət tərəfindən anlayışla qarşılanacağına ümid etdiyini qeyd edib.

Nazir valideynləri və tətbiqdən istifadə etməyi düşünənləri potensial risklərdən xəbərdar olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti