...

II Qareginin Dini Liderlərin Qlobal Sammitində iştirak etməməsinin səbəbi açıqlandı

Cəmiyyət Materials 7 Noyabr 2024 17:49 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Şuşa. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katalikosu II Qareginin Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində iştirak etməməsinin səbəbini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə QMİ sədri Qarabağda səfərdə olarkən jurnalistlərə açıqlamasında qeyd edib.

O, bununla bağlı müraciətlər aldığını qeyd edib.

"II Qareginin Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə Bakıdakı sammitdə iştirak etməsinin mümkün olacağı məsələsini qaldırdım. Ancaq qarşı tərəfdən cavab gəlmədiyindən biz də onu tədbirə dəvət etmədik", - deyə A.Paşazadə bildirib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Yaşıl Planet uğrunda Dünya Dinləri” devizi altında Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti