...

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə tariximizin ən parlaq səhifəsidir - Əli Əhmədov

Siyasət Materials 7 Noyabr 2024 11:28 (UTC +04:00)
İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə tariximizin ən parlaq səhifəsidir - Əli Əhmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə ölkəmizin tarixinin ən parlaq səhifəsini təşkil edib.

Trend xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Fürsətdən istifadə edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizi böyük hörmət və ehtiramla yad edir, İkinci Qarabağ müharibəsində qazandığımız qələbənin baş memarı Prezident İlham Əliyevi, şanlı ordumuzu təbrik edirəm.

İkinci Qarabağ müharibəsində qazandığımız qələbə regional və beynəlxalq əhəmiyyət daşıyır. Bu qələbə regiona sülh və əmin-amanlıq gətirib. Azərbaycanın qələbəsinin böyük mənası var. Dünya müharibəsiz yaşamağı öyrənə bilməyib. Azərbaycan qazandığı möhtəşəm qələbəsi ilə haqsızlığa qarşı uğurlu mübarizənin yolunu göstərdi. Həmçinin, qazandığımız qələbə yaxın zamanda müharibə şəraitində yaşayan ölkələr arasında yeni münasibətlər sisteminin qurulmasının mümkünlüyünü sübut etdi”, - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti