Bakı. Trend:
Şərur rayonunun 8 kəndində su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin texniki-iqtisadi əsaslandırıma və layihə-smeta sənədləri hazırlanacaq.
Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı “Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi hazırlıqlara başlayıb.
Belə ki, rayonun Yuxarı Daşarx, Aşağı Daşarx, Dərəkənd, Siyaqut, Oğuzkənd, Yeni Havuş, Xətai və Kosacan kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinin texniki-iqtisadi əsaslandırıma və layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçiriləcək.
Qurum sözügedən işlərin icrasını “Hinal Proje” MMC-yə həvalə edib və onunla dəyəri 82 600 manat olan müqavilə bağlayıb.