...

Saxlanma Mərkəzində əcnəbilər dini ədəbiyyatla təmin ediləcək

Cəmiyyət Materials 7 Noyabr 2024 14:00 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Saxlanma Mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini ayinlərin yerinə yetirilməsi, dini ləvazimatdan və ədəbiyyatdan istifadə edilməsi qaydası müəyyən edilir.

Trend xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vicdan və dini azadlığına təminat verilir. Onlar Mərkəzdə dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək hüququna malikdirlər.

Dini ayinlərin yerinə yetirilməsi üçün Mərkəzin rəisi tərəfindən müvafiq şərait yaradılır. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlandıqları yaşayış otaqlarında və yaxud bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi otaqlarda dini ayinlərin yerinə yetirilməsi Mərkəzdə saxlanılan digər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarını pozmamalıdır.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xahişi ilə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş dini birliklərdən onlara mənəvi yardım göstərilməsi və dini ayinlərin icra edilməsi üçün din xadimləri dəvət oluna bilərlər.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti