Bakı. Trend:
“Tesla” səhmlərinin dəyərinin təxminən 15% artması fonunda “Tesla” və “SpaceX” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Maskın şəxsi sərvəti 26,5 milyard dollar artıb.
Trend xəbər verir ki, bu barədə Bloomberg Billionaires Index (BBI) məlumat yayıb.
Qeyd edək ki, İlon Mask 290 milyard dollarla BBI reytinqində birinci yerdə qalmağa davam edir. İkinci sırada Ceff Bezos (228 milyard dollar), üçüncü sırada isə Mark Zukerberq (202 milyard dollar) yer alıb.