...

“Tibbi müqavilə” tam olaraq nə deməkdir və özündə nələri ehtiva edir?

Cəmiyyət Materials 7 Noyabr 2024 11:01 (UTC +04:00)
“Tibbi müqavilə” tam olaraq nə deməkdir və özündə nələri ehtiva edir?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Tibbi yardımın göstrilməsi haqqında müqavilələri əslində Mülki Məcəllədə öz əksini tapan Tapşırıq Müqavilələrin bir növüdür. Tapşırıq müqaviləsinə görə isə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs başqa şəxsin ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür.

Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Hüquq şöbəsinin Böyük məsləhətçisi İntiqam Hacıyev açıqlayıb.

Onun sözlərinə görə, tibbi müqavilə də öz növbəsində tibbi xidmətlərin göstərilməsinə yönələn müqavilədir:

“Qanunvericiliyə baxsaq, tibbi müqavilə anlayışı “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununda da öz əksini tapıb. Həmin qanunun 7-ci maddəsi “Tibbi yardım göstərilməsi barədə müqavilə” adlanır və orda qeyd edilir ki, özəl tibb müəssisəsi tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Yəni, tibbi xidmət müqaviləsində hansı tibbi xidmətin göstəriləcəyi və həmin xidmətin dəyəri və digər əsas şərtləri tənzimlənir”.

İ.Hacıyev bildirib ki, tibbi xidmət müqaviləsinin mövcud olması həkimin və ya klinikanın məsuliyyətdən kənar qalması anlamına gəlmir. Çünki müqavilə olsa da belə, əgər həkim səhvi varsa, hər bir halda məsuliyyət də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti