Bakı. Trend:
Laçın şəhərində yeni 35/0,4 kV-luq yarımstansiya tikiləcək.
Trend dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti hazırlıqlara başlayıb.
Belə ki, şəhər ərazisində 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması işlərinin satın alınması prosesi həyata keçiriləcək.
Qurum sözügedən işlərin icrasını “Smart Energy Services” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla dəyəri 5.250.804,33 AZN (5 milyon 250 min 804 manat 33 qəpik) olan müqavilə bağlayıb.