...

Türkiyədən Qırğızıstana avtomobil ixracında xeyli artım qeydə alınıb

İqtisadiyyat Materials 7 Noyabr 2024 15:47 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Qırğızıstana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 88,8 faiz artaraq, 41,1 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Qırğızıstana 13,1 milyon dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 591,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 30 milyon 511 min 79 dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 3 milyon 581 min 928 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 36 milyon 848 min 952 dollar məbləğində avtomobil ixrac edib.

Xəbər lenti

Xəbər lenti