Bakı. Trend:
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, qanunsuz miqrantların Saxlanma Mərkəzində saxlanılması müddəti ilə bağlı yeni qaydalar müəyyən edilir.
Trend xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, onların Mərkəzdə yerləşdirilməsi barədə
qərara uyğun olaraq Mərkəzə qəbul edildikləri andan hesablanır.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
onların Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda
göstərilən müddətdən artıq Mərkəzdə saxlanıla bilməzlər.
Bu müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan
şəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad
edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz
rəisi bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə
yerləşdirilməsi müddətinin başa çatmasına 1 (bir) iş günü qalmış
müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada
məlumat verir.
Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (ve ya buraxılması) haqqında qərar qəbul edir.
Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Merkezde yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) haqqında qərar Mərkəzə daxil olduqda bu Məcəllənin 82.6-cı maddəsi nəzərə alınmaqla dərhal icra edilməlidir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.