...

Dini liderlər Qarabağın çiçəklənməsi üçün dua edirlər - Şneor Seqal

Cəmiyyət Materials 7 Noyabr 2024 15:56 (UTC +04:00)
Dini liderlər Qarabağın çiçəklənməsi üçün dua edirlər - Şneor Seqal
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Ağdam. Trend:

Müxtəlif konfessiyaların dini liderləri Qarabağın çiçəklənməsi üçün dua edirlər.

Bunu Trend-ə Azərbaycandakı aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal Dünya Dini Liderlərinin Qlobal Bakı Sammiti çərçivəsində nümayəndə heyətinin tərkibində Ağdama səfəri zamanı deyib.

“Bu ərazi indi çiçəklənir, sözün əsl mənasında parlayır. Bu, ölkənin ekoloji uğurunun ən parlaq nümunələrindən biridir. Burada ekologiya haqqında yalnız danışmırlar, həm də real ekoloji layihələr həyata keçirirlər. 30 il əvvəl işğal edilmiş, ölüm və dağıntılarla dolu bu torpaqlar indi çiçəklənir və sürətlə inkişaf edir. Burada bitkiləri, əkilən ağacları, tikilən yolları görmək, həqiqətən də, təsir edicidir”, – o bildirib.

Ş.Seqalın sözlərinə görə, hazırda Qarabağda olan bütün dini liderlər – yəhudilər, müsəlmanlar, xristianlar – dua edirlər ki, bu torpaqlar çiçəklənsin və sülh və rifahın simvolu olsun, sülh bütün dünyaya yayılsın.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Yaşıl Planet uğrunda Dünya Dinləri” devizi altında Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.

Səfər çərçivəsində Ağdam və Şuşa şəhərlərinin mədəni, mənəvi və tarixi irsi ilə tanışlıq nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti