...

Azərbaycanda bu şəxslərə yeni hüquqlar verilir

Cəmiyyət Materials 7 Noyabr 2024 14:02 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mülki hüquq və ailə münasibətlərində iştirakı ilə bağlı yeni qaydalar müəyyən edilir.

Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iştirak edir, ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə münasibətlərində iştirak edirlər.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər notarius xidmətlərindən istifadə etmək hüququna malikdirlər.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti