...

Türkiyədə silah qaçaqmalçılarına qarşı əməliyyat - 1664 şübhəli saxlanılıb

Dünya xəbərləri Materials 7 Noyabr 2024 10:15 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 81 vilayətində silah qaçaqmalçılarına qarşı "Mercek-27" əməliyyatı həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, son bir həftə ərzində ölkə üzrə 81 vilayətdə silah qaçaqmalçılarına qarşı keçirilən "Mercek-27" əməliyyatlarında 1664 şübhəli saxlanılıb və 2274 qeydiyyatsız silah ələ keçirilib.

Məlumatda qeyd olunub ki, əməliyyatlar Vilayət Jandarma Komandanlıqları və Vilayət Polis İdarələri tərəfindən həyata keçirilib.

Əməliyyat zamanı 1100 qeydiyyatsız tapança, 516 revolver, 26 uzun lüləli tüfəng və 632 qeydiyyatsız ov tüfəngi daxil olmaqla ümumilikdə 2274 silah müsadirə edilib.

Qeyd edilib ki, əməliyyat çərçivəsində saxlanılan 1664 şübhəli şəxs barədə hüquqi tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti