...

Saxlanma Mərkəzində saxlanılanların yazışmaları ilə bağlı yeni prosedur müəyyən edilir

Cəmiyyət Materials 7 Noyabr 2024 13:57 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Saxlanma Mərkəzində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yazışmaları ilə bağlı yeni prosedur müəyyən edilir.

Trend xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllənin 88-2.4-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, məhdudiyyətsiz sayda məktub, teleqram almaq və ya öz vəsaitləri hesabına göndərmək hüququna malikdirlər.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət hesabına bir ay ərzində iki dəfə məktub və ya teleqram göndərmək hüququna malikdirlər.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məktub və teleqram göndərməsi bu Məcəllənin 88-3.2-ci maddəsində müəyyən edilmiş müddətdə və senzura qaydalarına uyğun olaraq həyata keçirilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti