...

Qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi açıqlanıb

İqtisadiyyat Materials 6 Noyabr 2024 21:00 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Fond Birjasında (BFB) 2024-cü ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 50 milyard 333 milyon 701 min 376 manat təşkil edib.

Trend BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 63%, dövlət qiymətli kağızların ilkin bazardakı ticarət həcmində isə 2% böyümə qeydə alınıb.

Repo əməliyyatları üzrə 277% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 7805% artım qeydə alınıb.

2024-cü ilin oktyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 6,078,841,199.14 manat (6 milyard 78 milyon 841 min 199 manat 14 qəpik) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti