Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu telefon danışığında Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib və onunla İsrailin təhlükəsizliyi və İran məsələsini müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə "The Times of Israel" nəşri Netanyahunun mətbuat xidmətinə istinadən bildirib.
"Baş nazir Trampı seçkidə qələbəsi münasibətilə təbrik edib və onlar İsrailin təhlükəsizliyini təmin etmək üçün birgə işləmək barədə razılığa gəliblər. Onlar İran təhlükəsindən də danışıblar", - deyə qeyd olunub.
Məlumata əsasən, Netanyahu Trampa zəng edən ilk dünya liderlərindən biri olub və söhbət “isti və səmimi” olub.