Bakı. Trend:
5 yaşında tərk etdiyim doğma Cəbrayıla qayıtmağın sevincini yaşayıram.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Nərgiz Qurbanova deyib.
Onun sözlərinə görə, hər zaman Cəbrayıla qayıtmaq arzusunda olub.
"Ayaqyalın, başıaçıq oynadığım yerlər üçün çox darıxmışam. İndi
Cəbrayıla qayıdaraq, yenidən yaşayıb-yaratmaq istəyirik.
Çox sevinirik. Bizə bu sevinci yaşadan şəhidlərimizə Allah rəhmət
eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.