Bakı. Trend:
31 il Cəbrayıla qayıdışı hər gün həsrətlə gözləmişəm.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Leyla Hümbətova deyib.
Onun sözlərinə görə, bu gün onun üçün ən gözəl gündür. Bu günü çox gözləyib.
"Mən Cəbrayılı məcburi şəkildə tərk edəndə gənc idim. Oğlumun 3 yaşı var idi. İndi isə nəvəmin 3 yaşı var. Həmişə o torpağın həsrətini çəkmişəm. Hər dəfə ağaclar çiçəkləyəndə ağlamışam. Doğma torpağım hər zaman gözümün qabağında olub. Bu günümüzə şükürlər olsun. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.