Bakı. Trend:
Ötən 31 il ərzində sadəcə "Cəbrayıla qayıdırıq" cümləsini deməyi gözləmişəm.
Bunu Trend-ə açıqalamasında Cəbrayıl sakini Vidadi Hümbətov deyib.
Onun sözlərinə görə, bu gün isə sevincinin həddi-hüdudu yoxdur.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı
versin. Biz onlara mənəvi borcumuzu heç vaxt ödəyə bilmərik.
Azərbaycan təlatümlü okean dalğalarında üzən gəmiyə bənzəyir. Bi
gəminin sakinləri özlərini rahat və təhlükəsiz hiss edirlər. Çünki
bu gəmini işıqlı sahilə, xoş gələcəyə aparan istiqaməti düzdür və
sükanı etibarlı əllərdədir. Allah bizim Ali Baş Komandanımıza
cansağlığı versin", - deyə o bildirib.
Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.