Bakı. Trend:
"Hizbullah" hərəkatının silahlıları Hayfa körfəzindəki İsrail hərbi dəniz bazasına hücum etmək üçün pilotsuz uçuş aparatlarından istifadə ediblər.
Trend-in məlumatına görə, bu barədə hərəkatın "Telegram" kanalında məlumat verilib.
Məlumata əsasən, Livanın cənubundan buraxılan bütün kamikadze PUA-ları hədəfləri dəqiqliklə vurub.
Günün ikinci yarısında "Hizbullah" bölmələri Təl-Əviv yaxınlığındakı Pilo bölgəsində 98-ci “Ha-Eş” hava-desant diviziyasının ehtiyat briqadasının bazasına “yüksək dəqiqlikli raket hücumları” həyata keçirib. İsrailin "Rafael" şirkətinin hərbi müəssisələrinin yerləşdiyi Zvulundakı sənaye zonası da raket atəşinə məruz qalıb.