Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Livan paytaxtı Beyrutun Rafiq Həriri adına Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən cənub rayonlarına hücum edib.
Trend-in məlumatına görə, bu barədə "Al Jadeed" televiziya kanalı xəbər verib.
Fadi əl-Həssan bildirib ki, İsrailin intensiv hava hücumlarına baxmayaraq, hava limanı normal şəkildə işləyir.
"İsrailin hava limanına yaxın ərazilərə endirdiyi zərbələr onun bağlanmasına səbəb olmayıb. Hava limanı ştat rejimində işləyir", - deyə o qeyd edib.