Bakı. Trend:
ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya Kiyev üçün nəzərdə tutulan qalan 6 milyard dollarlıq hərbi yardımı mümkün qədər tez göndərmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti xəbər verib.
Məlumata əsasən, hərbin yardımın göndərilməsi prezident seçkilərində qalib gələn Donald Trampın andiçmə mərasimindən əvvəl nəzərdə tutulub.
Bildirilib ki, indiki Vaşinqton administrasiyası Trampın dövründə Ukraynaya silah tədarükünün dayandırılacağına hazırlaşır. ABŞ-nin yeni prezidentinin andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.