Bakı. Trend:
Ficinin şərq sahillərində maqnitudası 5,2 ilə 5,8 arasında dəyişən silsilə təkanlar qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avstraliya Dövlət Geoloji Xidməti bildirib.
Məlumata əsasən, Fici Respublikasının paytaxtı Suvadan 350 km şərqdə Sakit okeanda silsilə zəlzələ baş verib. Yeraltı təkanların ocağı təxminən 430 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar, sunami təhlükəsi barədə məlumat verilməyib.