...

Harris ABŞ-də prezident seçkilərində məğlub olduğunu etiraf edib

Dünya xəbərləri Materials 7 Noyabr 2024 03:34 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidentliyinə hakim Demokratlar Partiyasından namizəd Kamala Harris çərşənbə günü ictimai çıxışında ölkədə noyabrın 5-də keçirilən seçkilərdə məğlub olduğunu etiraf edib.

Trend-in məlumatına görə, bu barədə K.Harris Vaşınqtondakı Hovard Universitetində çıxışı zamanı deyib.

"Bu seçkilərin nəticəsi bizim istədiyimiz, uğrunda mübarizə apardığımız, səs verdiyimiz kimi olmadı", - deyə o bildirib.

Qeyd edək ki, Kamala Harris 2021-ci ilin yanvarından ABŞ-ın vitse-prezidenti vəzifəsində çalışır. Onun hazırkı çıxışı üçün Hovard Universitetini seçməsi təsadüfi deyildi: Harris bu ali təhsil müəssisəsini bitirib və seçki günü onun seçki qərargahı orada fəaliyyət göstərirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti