Bakı. Trend:
Qalan ömrümü xoş hisslərlə, xoş təəssüratla doğma Cəbrayılda yaşamaq istəyirəm.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Emin Məmmədov deyib.
Onun sözlərinə görə, qayıdış üçün bu günü səbirsizliklə gözləyib. Bu gün 31 illik həsrətə son qoyur.
"Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Cənab Prezident başda olmaqla dövlətimizə, bütün dövlət qurumlarına bizə bu şəraiti yaratdığına görə təşəkkürümüzü bildiririk", - deyə o bildirib.
Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.