...

Almaniya kansleri hökumətə etimad səsverməsi məsələsini qaldıracaq

Dünya xəbərləri Materials 7 Noyabr 2024 08:12 (UTC +04:00)

Bakı. Trend:

Almaniya kansleri Olaf Şolts bildirib ki, 2025-ci ilin əvvəlində hökumətinə etimad səsverməsi məsələsini Bundestaqda qaldıracaq, növbədənkənar parlament seçkiləri isə 2025-ci ilin mart ayının sonuna qədər keçirilə bilər.

Trend-in məlumatına görə, bu barədə Almaniya kansleri Berlində jurnalistlərə bildirib.

"Yeni ildə Bundestaqın iclasının ilk həftəsində dərhal etimad səsverməsi məsələsini qaldıracağam ki, Bundestaq yanvarın 15-də bu barədə səs verə bilsin", - deyə o qeyd edib. "O zaman Bundestaq üzvləri növbədənkənar seçkilərə yol açıb-açmamaq barədə qərar verə biləcəklər", - deyə O.Şolts əlavə edib.

Kansler bildirib ki, qanuna uyğun olaraq, seçkilər “ən gec 2025-ci ilin mart ayının sonuna qədər” keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti