Ağdam. Trend:
Ağdam Cümə məscidində dünya dini liderlərinin iştirakı ilə camaat namazı qılınıb.
Trend xəbər verir ki, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş azan verdikdən sonra möminlər namaza başlayıblar.
Daha sonra Ağdam Cümə məscidində ziyarətçilərə işğal dövründə məscid və dini abidələrə qarşı törədilən vandalizm haqqında faktlar nümayiş olunub.
Qeyd edək ki, Dünya Dini Liderlərinin Qlobal Sammitinin iştirakçıları Qarabağda səfərdədirlər. Səfər çərçivəsində müxtəlif ölkələrin din və hökumət nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olacaqlar, dini ibadət evlərini ziyarət edəcəklər.