Bakı. Trend:
Yaponiyanın baş naziri Şiqeru İşiba Donald Trampla telefon danışığı zamanı onunla yaxın vaxtlarda görüş keçirməyə razılaşıb.
Trend-in məlumatına görə, bu barədə Yaponiya KİV-ləri xəbər verib.
Trampla telefon danışığından sonra İşiba jurnalistlərə deyib ki, birlikdə ikitərəfli ittifaqı gücləndirmək üçün çalışacaqlar.
O, həmçinin qeyd edib ki, onda Trampın “dürüst danışa bildiyim” bir “dost” insan olduğu təəssüratı yaranıb.
Öz növbəsində "NHK" telekanalı Yaponiya hökumətinin baş nazirlə Trampın görüşünə hazırlığa başladığını bildirib.