...

TDT Mərkəzi Banklar Şurasının yaradılması haqqında Memorandum ölkələr arasında iqtisadi əlaqələri dərinləşdirə bilər - Ekspert

Siyasət Materials 6 Noyabr 2024 20:30 (UTC +04:00)
TDT Mərkəzi Banklar Şurasının yaradılması haqqında Memorandum ölkələr arasında iqtisadi əlaqələri dərinləşdirə bilər - Ekspert
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (OTT) üzv dövlətlərin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsinə kömək edə bilər.

Bunu Trend-ə Qazaxıstandan olan ekspert Tair Niqmanov deyib.

"Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi Banklar Şurasının yaradılması haqqında Memorandumda əsas diqqət məsləhətləşmələr və təcrübə mübadiləsi yolu ilə əməkdaşlığa yönəlib ki, bu da inkişaf etmiş ölkələrlə müqayisədə iqtisadi inkişafda uçurumu aradan qaldırmağa kömək edə bilər. Fintech, ödəniş sistemləri və digər sahələrdə əməkdaşlıq bu ölkələrə resurslara qənaət etməyə və beynəlxalq maliyyə sisteminə daha sürətli inteqrasiyaya imkan verir", - o qeyd edib.

Onun sözlərinə görə, TDT ölkələri arasında əməkdaşlığı dinamik inkişaf edən və məhsuldar kimi xarakterizə etmək olar.

"Əgər əvvəllər o, əsasən, mədəni mübadilələrlə məhdudlaşırdısa, indi ticarət, iqtisadiyyat və siyasətin aspektlərini əhatə edən daha praqmatik səviyyəyə çatıb. TDT-nin inkişafında müsbət dinamika göz qabağındadır ki, bu da, təbii ki, bu təşkilatın möhkəmlənməsi üçün mühüm amildir.

Ölkələr arasında sabitliyin qorunmasında və fəaliyyətin əlaqələndirilməsində sammitin rolu mühümdür və siyasi təşəbbüslər, həmçinin, Zirvə görüşləri əməkdaşlığın möhkəmlənməsinə kömək edir”, - ekspert qeyd edib.

Tair Niqmanov vurğulayıb ki, son illər Qazaxıstanla Azərbaycan arasında münasibətlər nəzərəçarpacaq dərəcədə möhkəmlənib:

"Liderlər arasında görüşlərin tezliyi artıb. Bu, iqtisadi göstəricilərdə də özünü göstərdi: 2018-ci ildən iki ölkə arasında ticarət dövriyyəsi, demək olar ki, üç dəfə artaraq, 2023-cü ildə 556 milyon ABŞ dollarına çatıb. Qazaxıstanın ticarət dövriyyəsində Azərbaycanın payı da artıb və bu, ikitərəfli iqtisadi əlaqələrin əhəmiyyətini göstərir.

Azərbaycan logistikanın şaxələndirilməsi üzrə strateji tərəfdaşa çevrilir, Qazaxıstan Orta Dəhliz çərçivəsində neft və digər malların ixrac marşrutlarını şaxələndirməyə, iqtisadi müstəqilliyi və beynəlxalq münasibətlərdə çevikliyi gücləndirməyə imkan verəcək infrastruktur layihələrini inkişaf etdirməkdə davam edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti