...

Prezident İlham Əliyev Maya Sandunu təbrik etdi

Siyasət Materials 7 Noyabr 2024 16:35 (UTC +04:00)
Prezident İlham Əliyev Maya Sandunu təbrik etdi
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Moldova Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Moldova münasibətlərinin və əməkdaşlığının bugünkü inkişaf dinamikası məmnunluq doğurur. Biz qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk.

Əminəm ki, xalqlarımızın rifahı naminə Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq münasibətlərinin daha da genişləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın konstruktivlik zəminində bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Xəbər lenti

Xəbər lenti