...

Aparıcı Zaur Baxşəliyev: "Mən heç vaxt "Yeni ulduz" yarışmasının aparıcısı olmaram"

Cəmiyyət Materials 9 Oktyabr 2007 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Xəbər verdiyimiz kimi, oktyabrın 10-dan etibarən ATV telekanalında "Yeni ulduz-7" yarışmasına start veriləcək. Artıq yarışmanın iştirakçıları da seçilib. Amma hələ də verilişin aparıcısı təyin olunmayıb. Bəzi məlumatlara görə, yarışmanın aparıcılarından biri hamının yaxşı tanıdığı Zaur Baxşəliyev olacaq. TrendLife bununla əlaqədar aparıcı Zaur Baxşəliyevin fikrini öyrəndi.

"Hələlik verilişin dəqiq aparıcıları təyin olunmayıb. Bircə onu deyə bilərəm ki, aparıcı mən olmayacam. Amma onu da vurğulayım ki, mən heç vaxt "Yeni ulduz" verlişinin aparıcısı olmaram"- Zaur Baxşəliyev deyib.

"Belə çıxır ki, müsabiqənin səviyyəsi sizi qane etmir?" sualına Zaurun cavabı bu cür oldu:

"Yox, söhbət verilişin səviyyəsindən getmir. Sadəcə, "Xalq ulduzu" layihəsi mənə daha yaxındır. Çünki mən ruhumu da xalqa yaxın hesab edirəm. Bu səbəbdən də, "Yeni ulduz"a dəvət etsələr,razılaşmaram".

Xəbər lenti

Xəbər lenti