...

Bakıda hava şəraiti "Kuklalar"ın çəkilişlərinə mane olur

Cəmiyyət Materials 25 Dekabr 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Hazırda "Kuklalar" filminin çəkilişləri gedir. Filmin ssenari müəllifi Ramiz Fətəliyev və Çingiz Rəsulzadədir. Xatırladaq ki, Çingiz Rəsulzadə həm də filmin rejissorudur. Filmin ikinci rejissoru Elman Şeydayevin TrendLife-a verdiyi məlumata görə, hava şəraiti çəkilişlərə mane olur. İş ondadır ki, filmdə hadisələr yaz-yay aylarında cərəyan etməlidir. Çəkilişlərin yanvar ayında başa çatdırılması planlaşdırılıb. "Kuklalar" yazın sonu, yayın əvvəllərində təhvil veriləcək. Filmdə baş rollarda Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev, Mehriban Xanlarova, Xalidə Qasımova və başqaları iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti