...

Azərbaycanda 73 şəxs cinayət başında yaxalanıb

Cəmiyyət Materials 9 Mart 2022 13:56 (UTC +04:00)
Azərbaycanda 73 şəxs cinayət başında yaxalanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən il keçirilən 55 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 73 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 13 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabat dövrü ərzinda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 493 şəxs barəsində 301 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 466 şəxs barəsində 274 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti