Bakı. Trend:
Bu gündən ümumtəhsil məktəblərində şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən başlanılıb.
Elm və Təhsil Nazirliyindən bu gün Trend-ə verilən məlumata görə, şagird yerdəyişməsi https://sy.edu.az elektron sistemi vasitəsilə aparılır.
Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər də 17-31 oktyabr 2022-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qəbul şagird yerdəyişməsi elektron sistemi üzərindən həyata keçirilir.