...

Abşeronda arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Cəmiyyət Materials 24 Avqust 2023 15:17 (UTC +04:00)
Abşeronda arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutuldu
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 24-ü Abşeron rayonu ərazisində 1998-ci il təvəllüdlü Səkinəxanım İsakovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı 1993-cü təvəllüdlü Elnur Musayevin aralarında yaranmış mübahisə zamanı arvadı Səkinəxanım İsakovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elnur Musayev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Fakta görə Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti