...

Azad edilmiş ərazilərin internetlə təmin olunması istiqamətində hansı işlər görülür? - AÇIQLAMA

Cəmiyyət Materials 13 Oktyabr 2023 10:24 (UTC +04:00)
Azad edilmiş ərazilərin internetlə təmin olunması istiqamətində hansı işlər görülür? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran əsas məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya şəbəkələrinin qurulması və xidmətlərin, o cümlədən telefon, internet və s. təşkili və göstərilməsidir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Aztelekom” MMC-dən məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərin ümumi və baş planlarına, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq, ilkin mərhələdə işğaldan azad olunmuş bütün ərazilərə 1100 km magistral fiber-optik kabel və ya onun alternativi olan xətlərin layihələndirilməsi və çəkilməsi hədəflənib.

Hazırda “Onlayn Azərbaycan” layihəsinin əsas tərəfdaşı olan “Aztelekom” bu prosesi sürətli şəkildə davam etdirir. Paralel olaraq, hazırda işğaldan azad edilmiş və bərpa işlərinə başlanan şəhər və kəndlərdə, o cümlədən Şuşada, Ağdamda, Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində, Laçın rayonunda, Füzuli rayonunda fəaliyyət göstərən qurumlara və artıq məskunlaşan əhaliyə mövcud olan texniki imkanlara və tələbata uyğun olaraq telefon və internet xidmətləri göstərilir.

Hazırda işğaldan azad olunan bütün şəhər və rayonlarda telekommunikasiya xidmətlərinin bərpası istiqamətində layihələndirmə, texniki şərtlərin hazırlanması, fiber-optik kabellərin çəkilməsi, GPON şəbəkəsinin tətbiqi işləri planlı şəkildə həyata keçirilir. Əhalinin məskunlaşma proqramına uyğun olaraq, bərpa edilən bütün yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin ediləcək.

Qarabağ iqtisadi rayonunun rabitə xidmətləri ilə tam təmin olunması üçün tələbata uyğun olaraq müvafiq həcmdə investisiya ayrılır.

Hazırda icrası davam etdirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində bütün ölkə ərazisində informasiyanın sürətli, keyfiyyətli və dayanıqlı verilməsini mümkün edən yeni nəsil texnoloji avadanlıqlardan istifadə edilir. Telekommunikasiya şəbəkəsi əsasən müasir standartlara cavab verən fiber-optik rabitə xətlərinin üzərindən GPON texnologiyası ilə qurulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti